Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Kəbirli kəndində səyyar qəbul-görüş keçirildi.

21 fevral 2023 | 11:39
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 21 fevral 2023-cü il tarixdə rayonun Kəbirli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən ən çox şəhid verən kəndlərdən biri olan Kəbirli kəndinin hərbçilərinin mərdlik və qorxmazlığından danışdı.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri mövsüm ərzində suvarma suyunun verilməsini, 2 nömrəli tam orta məktəb binasının yenidən tikilməsini, dren-kollektorunun lilldən təmizlənməsini, vətəndaşın fərdi yaşayış evinin tikilməsinə köməklik olunmasını xahiş etdilər.
Səyyar qəbulda sakinlərin müraciət və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə baxılması üçün aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər