Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Mayak qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

27 sentyabr 2022 | 17:59
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 27 sentyabr 2022-ci il tarixdə rayonun Mayak qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdən öncə Mayak qəsəbəsindən olan şəhidlərin məzarları ziyarət olunaraq ailələri ilə görüşüldü.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Mayak qəsəbəsindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini, Məmmədov Yavər Əhliyar oğlu Mayak qəsəbəsinin bir hissəsinə suvarma suyunun verilməsini, Zeynalov Əbülfət Firudin oğlu yay mövsümündə içməli suyun verilməsində yaranmış çətinliyin aradan qaldırılmasını, Cabbarova Solmaz Hüseyn qızı fərdi yaşayış evinin döşəmə hissəsinin təmir olunmasını, Vəliyev Mehman Salman oğlu Mayak qəsəbə tam orta məktəbin yenidən tikilməsinə köməklik olunmasını xahiş etdi. Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Mayak qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər