Rayonun Mayak qəsəbəsində səyyar qəbul-görüş keçirilib.
2024-cü il üçün təsdiq olunmuş qrafik əsasında yerlərdə səyyar qəbul-görüşlər davam edir.
Növbəti səyyar qəbul 23 yanvar 2024-cü il tarixdə rayonun Mayak qəsəbəsində keçirilib.
Hər zaman olduğu kimi tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə bir sıra müraciətlər ünvanlanmışdır. Müraciətlər qəsəbə tam orta məktəbinin yenidən tikilməsi, suvarma suyuna olan tələbatın yaxşılaşdırılması məqsədilə ərazidə yeni subartezian quyusunun qazılması, Yuxarı Aran qəsəbəsi ilə Mayak qəsəbəsi arasında olan 4 km yola qum-çınqıl materialı tökülərək cari təmir olunması kimi məsələlər təşkil edib.
Müraciətlər yerindəcə araşdırılmış, qanunamüvafiq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Digər məsələr bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonun inkişafı üçün 2024-cü ildə qarşıya qoyulan məqsədlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Mayak qəsəbə sakinləri əhalinin problemlərinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.