Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Mil qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

24 iyul 2023 | 17:52
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə rayonun 24 iyul 2023-cü il tarixdə Mil qəsəbə növbəti səyyar qəbul keçirdi.
 
Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
 
Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla görüş ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir.
Görüşdə qəsəbə sakinləri elektrik enerjisinin fasiləsiz verilməsi üçün kabelləşmə işlərinin aparılmasını, qəsəbənin mərkəzindən keçən avtomobil yoluna təhlükəsizlik kameralarının quraşdırılmasını, suvarma suyunun verilməsini, fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin ayrılmasını, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsini xahiş etdilər.
 
Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
 
Mil qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər