Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Milabad qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

01 iyun 2022 | 13:42

      Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 31 may 2022-ci il tarixdə rayonun Milabad qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.
Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbirdən əvvəl Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Milabad qəsəbəsindən olan Vətən Müharibəsi şəhidlərinin məzarları ziyarət edildi, ruhlarına dualar oxunaraq əziz xatirələri ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Milabad qəsəbəsində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakini Babayev Möhübbət Hüseyn oğlu içməli su probleminin həll olunmasına köməklik barədə müvafiq tədbirlərin görülməsi,  Şəhid ailəsi Tanrıverdiyev Xanlar Hüseyn oğlu Milabad qəsəbə qəbirstanlığının girişinə asfalt örtüyünün salınması barədə, Məmmədova Məhbub Pəsi qızı ailə vəziyyətini nəzərə alaraq müvafiq köməklik olunması barədə, şəhid ailəsi Əliyeva Aytəkin Məhəmməd qızı Şəhid adının əbədiləşdirilməsi barədə, Abbasov Sahib Tapdıq oğlu ailə vəziyyəti nəzərə alınaraq köməklik olunması barədə, şəhid ailəsi İbrahimov Rövşən Baxış oğlu həyətyani torpaq sahəsinin ayrılması barədə, Məmmədov Elçin İmran oğlu ailə vəziyyəti nəzərə alınaraq köməklik olunması xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Milabad qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər