Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Milabad qəsəbəsində səyyar qəbul-görüş keçirilib.

20 iyun 2023 | 16:41
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 20 iyun 2023-cü il tarixdə rayonun Milabad qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Milabad qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Görüşdə qəsəbə sakinləri içməli su təminatının yaxşılaşdırılmasını, elektrik enerjisinin fasiləsiz verilməsi üçün kabelləşmə işlərinin aparılmasını, taxıl biçini mövsümündə əlavə konbaynın verilməsini və suvarma su kanalının lildən təmizlənməsini xahiş etdilər.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər