Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Milabad qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

14 may 2024 | 16:25
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 14 may 2024-cü il tarixdə rayonun Milabad qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Keçirilən qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Daha sonra rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Səyyar qəbul zamanı səsləndirilən müraciətlərdə məktəb binasının yenidən tikilməsi, elektrik enerjisinin fasiləsiz verilməsi, kəndarası yolların cari təmir olunması kimi məsələlər yer alıb.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür.
Milabad qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər