Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Örənqala qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

17 yanvar 2023 | 10:25
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 17 yanvar 2023-cü il tarixdə rayonun Örənqala qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Daha sonra Rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən danışmışdır. Yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımların atıldığını vurğulayan icra başçısı bütün yaşayış məntəqələrində əhalini narahat edən məsələlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini vətəndaşların diqqətinə çatdırmışdır.
Sonra kənd sakinlərinin müraciətləri diqqətlə dinlənildir. Kənd sakinlərinin əsas müraciətləri qəsəbə tam orta məktəb binasının əsaslı təmir edilməsi, yay aylarında suvarma suyuna olan tələbatın yaxşılaşdırılması, elektrik enerjisinin fasiləsiz verilməsi məqsədilə kabelləşmə işlərinin aparılmasından ibarət olub.
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Örənqala qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər