Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Orta Əlinəzərli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

07 noyabr 2023 | 11:59
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 07 noyabr 2023-cü il tarixdə rayonun Orta Əlinəzərli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev kənd sakinlərini salamlamış, respublikamızda, o cümlədən Beyləqan rayonunda sosial-iqtisadi sahələrdə əldə olunan müsbət nəticələrdən və səyyar qəbulların keçirilməsinin məqsədi haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinlərinin müraciətlərini elektrik enerjisinin fasiləsiz verilməsi məqsədilə SİB kabellərin çəkilməsi, kənd tam orta məktəb binasına qaz xəttinin çəkilməsi, dren kanalının təmizlənməsi, suvarma suyunun verilməsini və fərdi yaşayış evinə qaz və elektrik xəttinin çəkilməsi kimi mövzular əhatə edib.
Kənd sakinlərin müraciətləri diqqətlə dinlənilmiş, qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Orta Əlinəzərli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, 2023-cü il üçün nəzərdə tutulmuş səyyar qəbullar davam edir.
Keçidlər