Rayonun Qaradağlı kəndində səyyar qəbul-görüş keçdi.
04 iyun 2024 | 16:32
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 04 iyun 2023-cü il tarixdə rayonun Qaradağlı kəndində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin də iştirak etdiyi səyyar görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Beyləqan rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü qeyd edib.
Daha sonra kənd sakinlərinin müraciətlər dinlənilib. Kənd sakinləri dərman pereparatının verilməsi, kəndə gələn su arxının təmizlənməsi, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin sənədləşdirilməsi kimi müraciətlər ünvanlayıblar.
Sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Qaradağlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.