Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qaradağlı kəndində səyyar qəbul-görüş keçirildi.

19 iyul 2022 | 15:05

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 19 iyul 2022-ci il tarixdə rayonun Qaradağlı kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.

Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

 Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Qaradağlı kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

Görüşdə kənd sakini Məmmədov Tural Eldar oğlu Qaradağlı kəndində əkinə yararlı torpaq sahələrinin suvarılması üçün mövsüm ərzində suvarma suyunun verilməsinə köməklik barədə, Rzayev Yusif Bağır  oğlu Xəstəliyi səbəbindən iş qabilləyinin olmamasını və ailə vəziyyətini nəzərə alaraq maddi yardım olunmasına  köməklik barədə, Kərimli Firudin Eldar  suvarma suyunun pay torpaq sahibləri arasında bərabər bölünməsi üçün sudan istifadə edənlər birliyinə müvafiq göstəriş verilməsi barədə xahiş etdi.  Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Qaradağlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər