Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qaralılar kəndində səyyar qəbul-görüş keçdi.

21 iyun 2024 | 19:12
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanovun 21 iyun 2024-cü il tarixdə rayonun Qaralılar kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Telman Məstanov sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinləri tərəfindən Qaralılar kəndinin giriş yoluna asfalt örtüyünün çəkilməsi, içməli su təminatının yaxşılaşdırılması, maddi köməklik olunması, həyətyanı torpaq sahəsinin verilməsi və uşaq bağçasının yenidən tikilməsi kimi müraciətlər daxil olub.
 
Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 
Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışan Telman Məstanov görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
 
Qaralılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər