Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qaralılar kəndində səyyar qəbul-görüş keçirildi.

03 avqust 2022 | 18:22
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 02 avqust 2022-ci il tarixdə rayonun Qaralılar kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Qaralılar kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakini Abışov Əsgər Zeynal oğlu ümumi səbəbdən əlilliyinə görə aldığı pensiyanın kəsilməsi barədə müvafiq tədbirlərin görülməsi, Quliyev Telman Şahlar oğlu həyətyanı torpaq sahələrinin suvarılması üçün şlüzün quraşdırılması üçün köməklik olunmasını, Quliyev Afər Yelmar oğlu ailə vəziyyətini nəzərə alaraq maddi yardım olunmasına köməklik barədə, Ağayev Məzahir Əliağa oğlu ailə vəziyyətini nəzərə alaraq maddi yardım barədə köməklik olunmasını xahiş etdi. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Qaralılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər