Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qaralılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

02 avqust 2023 | 22:11
01 avqust 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin rayonun Qaralılar kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Görüşdə kənd sakinləri Qaralılar kəndinin giriş yoluna asfalt örtüyünün çəkilməsini, içməli su təminatının yaxşılaşdırılmasını, pay torpaq sahəsinin suvarma suyu ilə təmin olunmasını, maddi köməklik olunmasını xahiş etdilər.
 
Səyyar qəbulda qaldırılan məsələlərlə əlaqədar yerində araşdırma aparılması və həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar və lazımi tövsiyələr verilib.
Keçidlər