Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qəhrəmanlı qəsəbəsində səyyar qəbul-görüş keçdi.

02 iyul 2024 | 18:29
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanovun 02 iyul 2024-cü il tarixdə rayonun Qəhrəmanlı qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Tədbiri giriş sözü ilə açan Telman Məstanov sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə qəsəbə sakinləri qəsəbə tam orta məktəbə gedən yolun təmir olunmasını, sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılmasını, işlə təmin olunmasını, ailə vəziyyəti nəzərə alınaraq maddi yardım olunmasını xahiş etdilər.
 
Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
 
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər