Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qəhrəmanlı qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

08 iyun 2022 | 13:41

         Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 07 iyun 2022-ci il tarixdə rayonun Qəhrəmanlı qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir. Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbirdən əvvəl rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Qəhrəmanlı qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Qəhrəmanlı qəsəbəsində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.Görüşdə qəsəbə sakini Zeynalov Lətif İslam oğlu İçməli su probleminin həll olunmasına köməklik barədə  müvafiq tədbirlərin görülməsi, Ələsgərov Əli Ələsgər oğlu suvarma suyunun verilməsinə köməklik barədə, Salahov Naib Əyyub oğlu övladına həyətyani torpaq sahəsinin ayrılmasına köməklik olunması barədə , Məmmədov Asəf İsmayıl oğlu  pay torpaq sahəsinin sənədinin digər torpaq sahəsi ilə üst-üstə düşməsi barədə, Allahverdiyeva Xuraman Qənbər qızı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılmasına köməklik olunması barədə müraciətlər etdilər. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Qəhrəmanlı qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

Keçidlər