Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qəhrəmanlı qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

16 may 2023 | 19:29
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 16 may 2023-cü il tarixdə rayonun Qəhrəmanlı qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Qəhrəmanlı qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
 
Tədbiri giriş sozü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Qəhrəmanlı qəsəbəsindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı.
 
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakinləri içməli su təminatının yaxşılaşdırılmasını, SİB kabellərinin çəkilməsini, qəsəbə avtomobil yolunun əsaslı təmir olunmasını, qəsəbə tam orta məktəb binasının əsaslı təmir edilməsini və sosial yardım təyin olunmasını xahiş etdilər.
 
Sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər