Rayonun Sarı su qəsəbəsində səyyar qəbul-görüş keçdi.
25 iyun 2024 | 17:01
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə 25 iyun 2024-cü il tarixdə rayonun Sarı su qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Telman Məstanov qəsəbə sakinlərini salamlamış və daha sonra onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etmişdir.
Görüşdə qəsəbə sakinləri dren kanalının təmizlənməsi, qəsəbə uşaq bağçasının açılması, sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması, suvarma suyu arxının təmizlənməsi kimi müraciətlər ünvanlayıblar.
Telman Məstanov sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Sarı-su qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.