Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Şəfəq qəsəbəsində səyyar qəbul-görüş keçdi

24 may 2024 | 19:19
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 24 may 2024-cü il tarixdə rayonun Şəfəq qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri iştirak etmişdir.
 
Görüşdə qəsəbə sakinləri qəsəbə tam orta məktəb binasının yenidən tikilməsi, kəndarası yolların cari təmir olunması, sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması və dərman pereparatlarının verilməsinə köməklik göstərilməsi kimi müraciətlər ünvanlamışdır.
 
Müraciətlərin bir qismi yerindəcə həll olunub, sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
 
Şəfəq qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər