Rayonun Şərq qəsəbəsində səyyar qəbul-görüş keçirilib.
02 aprel 2024 | 17:26
Prezident cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və tapşırıqlarının icrasına Beyləqanda operativ və həssas yanaşılır.
Bu məqsədlə, rayonun bütün yaşayış məntəqələrində Beyləqan Rayon İcra Hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Belə ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Şərq qəsəbə sakinləri ilə baş tutub.
Bütün səyyar qəbullarda olduğu kimi tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinlər bir sıra müraciət ünvanlamış, müraciətlər əsasən tam orta məktəb binasının yenidən tikilməsi, qəsəbənin giriş yolunun təmir olunması, elektrik enerjisinin fasiləsiz verilməsi üçün SİB kabellərin çəkilməsi və s. istiqamətdə olub.
Sakinlərin müraciətləri diqqətlə dinlənilib və qanunamüvafiq həlli ilə bağlı müəyyən tapşırıq və tövsiyələr verilib.
Şərq qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə məmunluqlarını bildirərək ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.