Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Şərq qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

08 avqust 2023 | 16:31
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin növbəti səyyar qəbul-görüşü 08 avqust 2023-cü il tarixdə rayonun Şərq qəsəbə sakinləri ilə keçirilmişdir.
 
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
 
Rayon Icra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Şərq qəsəbə sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Beyləqan rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
 
Görüşdə qəsəbə sakinləri suvarma suyunun verilməsi üçün su arxlarının təmizlənməsini, qəsəbə tam orta məktəb binasının yenidən tikilməsini, elektrik enerjisinin fasiləsiz verilməsi üçün kabelləşmənin aparılmasını və maddi yardım olunmasını xahiş etdilər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Keçidlər