Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Tatalılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

24 oktyabr 2023 | 12:34
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 24 oktyabr 2023-cü il tarixdə rayonun Tatalılar kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Bütün səyyar qəbullarda olduğu kimi tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri mövsüm ərzində suvarma suyunun verilməsini, ərazidə yeni subartezian quyusunun qazılmasını, yeni məhəllədə olan elektrik transformatorunun dəyişdirilməsini, kənd tam orta məktəb binasının əsaslı təmir olunmasını xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Tatalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər