Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Təzəkənd kəndində səyyar qəbul-görüş keçirildi.

12 aprel 2022 | 13:10

   Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 12 aprel 2022-ci il tarixdə rayonun Təzəkənd kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.   Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Təzəkənd kəndindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
      Görüşdə kənd sakini İmanov Elvin Dünyamalı oğlu Təzəkənd kəndində  həyətyanı torpaq sahəsinin yaxınlığında olan kiçik arxa tullantı sularının axıdılması barədə  müvafiq tədbirlərin görülməsi, Əliyev Yaqub Məndil  oğlu Təzəkənd kənd gənclərinin futbola marağının artırılması məqsədi ilə forma dəsti və futbol topunun verilməsinə köməklik olunmasını, Orucova Xalidə Bayram qızı pay torpağının verilməsini, Quliyev Süleyman Qardaşxan oğlu Vətən müharibəsi zamanı şəhid olmuş  qardaşının ailəsinə bələdiyyə torpağının verilməsini, Ələkbərov Elçin Yunis oğlu fərdi yaşayış evinə gedən elektrik xəttinin dəyişdirilməsini, Məmmədova Sevinc Zahid qızı məhəllə yoluna qum-çınqıl materalı tökülərək təmir edilməsini, Bayramov Ələddin Rasim oğlu Təzəkənd kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, Ağayeva Səbinə Misir qızı məhəllə yoluna qum-çınqıl materalı tökülərək təmir edilməsini  xahiş etdi.Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Təzəkənd kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər