Rayonun Xaçınabad kəndində səyyar qəbul-görüş keçirilib.
18 mart 2024 | 14:36
18 mart 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin rayonun Xaçınabad kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbiri giriş sözü ilə açmış, kənd sakinlərini salamlayaraq yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini onlara bildirmiş, vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini qeyd etmişdir. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri dren kanalının təmizlənməsini, məktəb yolunun cari təmir olunmasını, elektrik enerjisinin fasiləsiz verilməsi üçün SİB kabellərin çəkilməsini, kənd ərazisində optik internet xəttinin çəkilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Xaçınabad kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.