Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Xaçınabad kəndində səyyar qəbul-görüş kecirilmisdi.

02 fevral 2023 | 11:32
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və həlli məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev yerlərdə mütəmadi olaraq səyyar görüşlər keçirir.
İcra başçısının fevral ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü 02 fevral 2023-cü il tarixdə Xaçınabad kəndində baş tutub.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib.
Görüşdə kənd sakinlərinin əsas müraciətləri mövsüm ərzində suvarma suyunun verilməsi, elektrik enerjisinin fasiləsiz verilməsi üçün SİB kabellərin çəkilməsi, əkin üçün torpaq sahəsinin verilməsi kimi məsələlər təşkil edib.
Sakinlərin səsləndirdikləri müraciət və problemlər diqqətlə dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və həlli üçün müvafiq göstərişlər verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər