Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yeni Mil qəsəbəsində səyyar qəbul-görüş keçdi

21 may 2024 | 17:44
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir.
 
Bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.
 
Növbəti səyyar qəbul 21 may 2024-cü il tarixdə rayonun Yeni Mil qəsəbə sakinləri ilə keçirilmişdir.
 
Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək son illərdə Respublikamızın o cümlədən Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
Daha sonra qəsəbə sakinləri öz müraciətlərini ünvanlayıblar.
 
Rayon İcra Hakimiyyətinin başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.
 
Yeni Mil qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə məmnunluqlarını bildiriblər.
Keçidlər