Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yeni Mil qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

13 iyun 2023 | 22:56
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin növbəti səyyar qəbulu 13 iyun 2023-cü il tarixdə rayonun Yeni Mil qəsəbəsində baş tutub.
 
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Yeni Mil qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
 
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə qəsəbə sakinləri içməli su təminatının yaxşılaşdırılmasını, elektrik enerjisinin fasiləsiz verilməsi üçün kabelləşmə işlərinin aparılmasını, qəsəbə avtomobil yolunun cari təmir olunmasını xahiş etdilər.
 
Sakinlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə araşdırılmış, müvafiq izahatlar verilmiş, həlli zaman tələb edən digər məsələlərlə bağlı rayon rəhbəri aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Keçidlər