Rayonun Yuxarı Aran qəsəbəsində səyyar qəbul-görüş keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 07 may 2024-cü il tarixdə rayonun Yuxarı Aran qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Yuxarı Aran qəsəbəsindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakinləri qəsəbənin daxili yollarının cari təmir olunması, tam orta məktəb binasının əsaslı təmir olunmasın, SİB kabellərin çəkilməsi, suvarma suyu arxının təmizlənməsi kimi müraciətlər ünvanlayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Yuxarı Aran qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.