Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yuxarı Aran qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

02 may 2023 | 15:23
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevin 02 may 2023-cü il tarixdə rayonun Yuxarı Aran qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin xatirəsinə inşa edilmiş Yuxarı Aran qəsəbəsində yerləşən abidə ziyarət edilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Yuxarı Aran qəsəbə sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Beyləqan rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir. Daha sonra rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakinləri Mayak və Yuxarı Aran qəsəbələrini birləşdirən avtomobil yoluna asfalt örtüyünün çəkilməsini, SİB kabellərin çəkilməsini, içməli suya olan tələbatın yaxşılaşdırılmasını, suvarma suyunun verilməsini, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
Keçidlər