Rayonun Yuxarı Çəmənli kəndində səyyar qəbul-görüş keçdi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanovun 11 iyun 2024-cü il tarixdə rayonun Yuxarı Çəmənli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Telman Məstanov Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Yuxarı Çəmənli kəndindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Daha sonra Telman Məstanov sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri suvarma suyunun növbəlik əsasında verilməsini, sahibkarlıq obyektinin yaxınlığında olan elektrik dirəyinin yerinin dəyişdirilməsini, elektrik enerjisinin fasiləsiz verilməsi məqsədilə ərazidə SİB kabellərin çəkilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verərək Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Yuxarı Çəmənli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.