Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yuxarı Çəmənli kəndində səyyar qəbul-görüş keçirildi.

26 iyul 2022 | 17:58

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 26 iyul 2022-ci il tarixdə rayonun Yuxarı Çəmənli kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.

Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

 Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Yuxarı Çəmənli kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

Görüşdə kənd sakini Əliyev Namiq Əlibala oğlu suvarma suyunun pay torpaq sahibləri arasında bərabər bölünməsi üçün sudan istifadə edənlər birliyinə müvafiq göstəriş verilməsi barədə  köməklik olunmasını, Ağayev Səbuhi Bayram  oğlu pay torpaq sahəsinin suvarılması məqsədilə ərazidə yeni subartezian quyusunun qazılmasına köməklik olunması  barədə, Quliyev Əhməd Məhərrəm oğlu ailə vəziyyətini nəzərə alaraq maddi yardım olunmasına barədə köməklik edilməsini istədi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Yuxarı Çəmənli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər