Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yuxarı kəbirli kəndində səyyar qəbul-görüş keçirildi.

14 fevral 2023 | 19:15
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 14 fevral 2023-cü il tarixdə rayonun Yuxarı Kəbirli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Səyyar qəbuldan öncə torpaqlarımızın azadlığı uğrundan şəhidlik zirvəsinə ucalan Yuxarı Kəbirli kəndinin şəhidlərinin məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyularaq ruhlarına dualar oxunulmuşdur.
 
Torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinləri yay aylarında suvarma suyuna olan tələbatın yaxşılaşdırılmasını, dren kollektor şəbəkəsinin təmizlənməsini və SİB kabellərinin çəkilməsini xahiş etdilər.
 
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
 
Yuxarı Kəbirli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər