Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yuxarı kəbirli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

12 dekabr 2023 | 16:40
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 12 dekabr 2023-cü il tarixdə rayonun Yuxarı Kəbirli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Yuxarı Kəbirli kəndindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları Anım günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinlərinin müraciətlərini SİB kabellərinin çəkilməsi, içməli suya olan tələbatın yaxşılaşdırılması, özünəməşğulluq proqramına cəlb olunma və həyətyanı torpaq sahəsinin ayrılması kimi məsələlər təşkil edib.
Müraciətlərin bəziləri yerindəcə araşdırılmış, qanunamüvafiq izahatlar verilmiş, sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində isə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Yuxarı Kəbirli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər