Şriftin ölçüsü :

Saytın rəngi :

"Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən “Beyləqan gəncləri üçün liderlik məktəbi" layihəsi davam edir.

27 yanvar 2025 | 22:57
Təlimçi Tofiq Sadıxov və Fəxri Məhəmmədzadə tərəfindən keçirilən növbəti təlimlərdə “Layihələrin idarə olunması” mövzusu haqqında danışılıb, liderin proses zamanı strateji və analitik düşüncə, qərarvermə və təqdimetmə bacarıqları, həmçinin mövzu seçimi, nitqə hazırlıq, həyəcanın idarə olunması, auditoriya ilə işləmək bacarığı, suallara cavab vermə texnikaları öyrədilib.
 
Təlimlərin ikinci hissəsində iştirakçılar komandalara ayrılaraq strateji qərarvermə oyununda öz qərarvermə strategiyalarını sınaqdan keçirib, layihə prosesinin praktik izah olunması üçün nümunə modelləri hazırlayıb, kiçik təqdimatlar ediblər.
 
Layihə Beyləqan gənclərinin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.
 
Qeyd edək ki, təlimdə Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edir.
Keçidlər