Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal inkişaf və nəqliyyat naziri Beyləqanda vətəndaşları qəbul edib

14 noyabr 2025 | 10:36
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 noyabr tarixində Beyləqan şəhərində İmişli, Saatlı, Sabirabad, Xocavənd və Beyləqan rayonlarının sakinlərini qəbul edib.
 
Görüşdən əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
 
Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
 
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Keçidlər