Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beyləqan rayonu ərazisində ağacəkmə aksiyaları davam etdirilir.

20 may 2026 | 09:34
Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizdə abadlıq, quruculuq və yaşıllıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Bu mühüm təşəbbüslərə uyğun olaraq Beyləqan rayonunda da ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyaları ardıcıl şəkildə həyata keçirilir.
 
Növbəti ağacəkmə aksiyası Milabad qəsəbəsində təşkil olunub. Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısı aparatının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilatların nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
 
Milabad qəsəbəsinin giriş hissəsində keçirilən aksiya zamanı ərazinin iqlim şəraitinə uyğun ağaclar əkilib, yaşıllıq zolağının genişləndirilməsi istiqamətində işlər aparılıb.
 
Rayon ərazisində yaşıllıqların artırılmasına yönəlmiş bu kimi aksiyalar davam etdiriləcəkdir.
 
Qeyd: Rayonumuzun sakinlərini əkilən ağacların, mövcud yaşıllıq sahələrinin qorunmasına həssas yanaşmağa, ətraf mühitin mühafizəsinə töhfə verməyə və yaşıllıqların artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək göstərməyə çağırırıq!
 
 
 
Keçidlər