Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

20 mart 2026 | 18:27
Beyləqan Rayon İcra Hakimiyyəti və Beyləqan şəhəri 6 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Beyləqan şəhəri 6 saylı tam orta məktəbdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi, Beyləqan şəhər 5 və 6 saylı tam orta məktəbin rəhbərliyi, təhsil işçiləri, şagirdlər, eləcə də Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fatma Xıdırlı “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən müasir şəhərsalma siyasətindən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən bəhs edib.
 
Beyləqan şəhəri 6 saylı tam orta məktəbin direktoru Eyruz Pəsiyev çıxış edərək mövzunun aktuallığını qeyd edib, bu kimi maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib.
 
Tədbir çərçivəsində Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələri də çıxış edərək öz fikirlərini bölüşüb, gənclərin ictimai fəallığının artırılmasının əhəmiyyətindən danışıblar. Həmçinin Beyləqan şəhəri 5 saylı tam orta məktəbin coğrafiya müəllimi Aytac Murtuzazadə çıxış edərək şəhərsalma və memarlıq sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və bu istiqamətdə aparılan işlər barədə məlumat verib.
 
Tədbirin sonunda mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb.
Keçidlər