Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abbaslı Hikmət Zahir oğlunun ildönümü ilə əlaqədar ailəsi ziyarət edildi.

11 noyabr 2024 | 13:30
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Abbaslı Hikmət Zahir oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 4 il keçir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə şəhidin yaxınlarına baş sağlığı veriblər.
 
Ziyarət zamanl şəhidin qısa amma mənalı həyatından, Vətənə olan sevgisindən, döyüşlər zamanı şücaətindən söz açılıb, ruhuna dualar oxunularaq əziz xatirəsi ehtiramla yad edilib.
 
Şəhidin ailə üzvləri ziyarətçilərə öz minnətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Keçidlər