Şəhid ailəsinin müraciəti yerinə yetirilib
13 fevral 2025 | 08:45
Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarının ailələrinin və qazilərimizin sosial problemlərinin həlli istiqamətində Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçilən tədbirlər davam etdirilir.
Belə ki, bir müddət əvvəl Beyləqan Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan Təzəkənd kənd şəhidi Maarif Məmmədovun həyat yoldaşı Sevinc Məmmədova rayon rəhbərindən evinin mebellə təmin olunmasını xahiş etmişdir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə qısa müddət ərzində şəhid ailəsinin müraciətinə dərhal baxılmış və o, yaşayış evi üçün stol və stulla təmin olunmuşdur.
Şəhid ailəsinə hədiyyəsini evində təqdim edən rayon rəhbəri şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu və onların ailə üzvlərinin müraciət və problemlərin həllinin başlıca prioritetlərdən biri olduğunu bildirmişdir.
Şəhid yoldaşı onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlığını bildirib.