Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anaları ilə görüş keçirildi və ehsan süfrəsi açıldı.

30 avqust 2024 | 14:15
30.08.2024-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi, qazilərin, müharibə iştirakçılarının təşəbbüsü və təşkilatçılığı ilə şəhid anaları ilə görüş keçirildi, şəhidlərin adına ehsan süfrəsi verildi.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyevin də iştirak etdiyi tədbirdə əvvəlcə şəhid anaları və qazilərlə birgə Cərciz Peyğəmbər ziyarətgahında dəfn olunmuş şəhid məzarları ziyarət olundu, üzərlərinə güllər düzüldü, ruhlarına dualar oxundu.
Ehsan süfrəsi ilə davam edən görüşdə Vətənini, xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarına təşəkkür edilib, 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.
Şəhid anaları övladlarının şərəfli döyüş yolundan danışıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər