Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Atakişiyev Toğrul Ramil oğlunun anım günündə "Toğrul" adına inşa edilmiş ehsan bulağının açılışı mərasimi keçirilib.

26 oktyabr 2022 | 15:56
Şəhidin xatirəsinə inşa edilmiş ehsan bulağının açılış mərasimində Rayon İcra Hakimiyyətinin əməkdaşları Azər Quliyev və Elçin Abdullayev, rayonun idarə və müəssisə kollektivi, şəhidin hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak etmiş, şəhidin ailəsi və əzizlərinə dərin hüznlə baş sağlığı vermişlər.
Vətən və ulu torpaq uğrunda tarix yazan gənc, mərd oğullardan biri də Toğrul Ramil oğlu Atakişiyevdir. O, 2000-ci il fevralın 25-də Beyləqan rayonunda anadan olub. 2020-ci il iyun ayının 27-də hərbi polis kursuna qəbul olub. Hərbi polis kursunu bitirdikdən sonra Lənkaran şəhərində yerləşən Hərbi Polis İdarəsində işə başlayıb.
Toğrul Atakişiyev öz istəyi ilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Qəhrəmanımız Toğrul oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhid olub. Beyləqan rayon Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Keçidlər