Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid atası səhhətində olan narahatlıqla bağlı ziyarət edilib.

09 oktyabr 2024 | 10:00
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Beyləqan rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
 
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Kəbirli kəndindən şəhid qardaşlar- Həsənzadə Famil və Həsənzadə Şamilin atası Həsənov Şiraslanı səhhətində olan narahatlıqla bağlı yaşadığı evində ziyarət edib, rayon rəhbəri şəhidin anasına yaxınları ilə əlaqə qurmasını asanlaşdırmaq üçün mobil telefon hədiyə edilib.
 
Ziyarət zamanı Əziz Əzizov şəhid atasının səhhəti və ailənin sosial qayğıları ilə maraqlanıb, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən hər bir vətən övladının xatirəsinin həmişə uca tutulacağını, şəhid ailələrinin ölkə başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə daim əhatə olunacağını diqqətə çatdırıb. Rayon rəhbəri şəhid atasına Allahdan şəfa diləyib, tez zamanda sağlamlığına qovuşmasını arzulayıb.
 
Şəhid atası Həsənov Şiraslan ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Bugünükü ziyarətə görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Keçidlər