Şəhid atasının vəfatı ilə əlaqədar başsağlığı verilib
16 iyun 2026 | 12:50
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, eləcə də Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Vətən müharibəsi şəhidi Zahir Vəlişovun atası Arif Vəlişovun vəfatı ilə əlaqədar keçirilən yas mərasimində iştirak ediblər.
Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, şəhid Zahir Vəlişovun və atası Arif Vəlişovun əziz xatirəsini ehtiramla yad ediblər.
Mərhumun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısını hər zaman hiss etdiklərini bildiriblər.







