Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bayramov Səddam Ələddin oğlunun ildönümü qeyd edilib.

22 noyabr 2024 | 14:10
Bu gün Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan Bayramov Səddam Ələddin oğlunun 4-cü ildönümü qeyd edilib.
 
Şəhidin ildönümü mərasimində Beyləqan RİH başçısının müavini və şöbə müdirləri, YAP rayon təşkilatının sədri,hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
 
Mərasimdə şəhid Bayramov Səddamın, o cümlədən torpaqlarımızın suverenliyi uğrunda qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin qəhrəmanlığından söz açılıb, şəhidin doğmalarına baş sağlığı verilib.
 
Bildirilib ki, şəhidlərimizin yaxınları həmişə dövlət və rayon rəhbərliyi tərəfindən diqqət və qayğı ilə əhatə olunacaqdır.
 
Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya, şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib.
 
Qeyd edək ki, Səddam Ələddin oğlu Bayramov 2002-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub.
 
18 yaşlı Səddam oktyabrın 16-da Suqovuşan uğrunda gedən döyüşlərdə 30-dan çox erməni məhv edib. Səddam Bayramov 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. 16 noyabr tarixində nəşi tapılmış və 22 noyabrda doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
 
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bayramov Səddam Ələddin oğlu ölümündən sonra "Vətən uğrunda", Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Allah rəhmət eləsin!!
Keçidlər