Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Emin Məmmədovun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub.

14 avqust 2026 | 08:42
Vətən müharibəsi şəhidi Məmmədov Emin Vətən oğlunun doğum günü ilə əlaqədar Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məzarı ziyarət olunub.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, RİH başçısı aparatının məsul nümayəndələri və şəhidin ailə üzvləri onun məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Ziyarət zamanı şəhid Emin Məmmədovun ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
 
Qeyd edək ki, Emin Məmmədov Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümündən sonra “Vətən uğrunda", “Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Keçidlər