Şəhid Həsənov İlqar Nadir oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub.
09 dekabr 2024 | 08:57
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələr ilə birgə 44 günlük Vətən Müharibəsinin qəhrəman şəhidlərindən Həsənov İlqar Nadir oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Şəhid ailəsinin evində olan rəsmilər onlara dərin hüznlə baş sağlığı verib, İlqar kimi torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsinin bütün Azərbaycan xalqı üçün əziz olduğunu, memarları olduğu Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığınını vurğulayıblar.
Beyləqan RİH başçısı Əziz Əzizov şəhid İlqarın ailə üzvlərinin timsalında bütün şəhid ailələrinin və qazilərin dövlətimizin başçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, onların problem və qayğılarının həll olunmasının başlıca prioriteti olduğunu diqqətə çatdırıb.
İcra başçısı şəhid İlqar Həsənova, eləcə də bir müddət əvvəl vəfat etmiş atası Nadir Həsənova rəhmət diləmiş, ailəsinə başsağlığı vermişdir.
Şəhidin ailə üzvləri şəhidin keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və döyüş xatirələrindən danışıb, eləcə də onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.