Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Ruslan Vəli oğlunun xatirəsinə həsr olunmuş abidə-bulaq kompleksinin baş tutub.

13 may 2022 | 13:31

       Ötən günlərdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə savaşıb və qəhrəmancasına şəhid olan vətən övladlarından biri, Beyləqan rayonunun Bahar qəsəbəsindən olan şəhid Hüseynov Ruslan Vəli oğlunun doğulduğu qəsəbədə xatirəsinə ucaldılmış abidə bulaq kompleksinin açılışı baş tutub. Açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov da iştirak edib.
Əvvəlcə Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Qəhrəmanlı və Bahar qəsəbəsindən olan Vətən Müharibəsi şəhidlərinin məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunularaq əziz xatirələri ehtiramla yad edilib. Daha sonra açılış tədbiri baş tutub.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti qeyd edilib, şəhid Hüseynov Ruslanın döyüş yolundan danışılıb, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin ailələrinə dərin ehtiram və hörmət bildirilib.
Qeyd edək ki,  Hüseynov Ruslan Vəli oğlu 1988-ci il may ayının 10-da Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. 2006-cı ildə Bahar qəsəbəsindəki orta məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vuran Ruslan 2013-cü ildə hərbi vəzifəsini davam etdirmək üçün kursa qəbul olunub. Kursu uğurla başa vuraraq 2014-cü ildə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Xidməti dövründə fəxri fərman və mükafatlara layiq görülmüşdür. 2016-cı ildə aprel döyüşlərinin ən fəal iştirakçısı olmuş, öndə gedən kəşfiyyatçı kimi öz missiyasını şərəflə yerinə yetirmişdir. Azərbaycan ordusunun kiçik çavuşu olan Ruslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Qubadlının işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. Ruslan Hüseynov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızıbazar istiqamətində gedən döyüşlərdə şəhid olub. Beyləqan rayonu, Bahar qəsəbəsində dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər