Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsgəndərov Əlizamin Həmid oğlunun ildönümü qeyd edildi.

05 noyabr 2024 | 14:00
Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin çavuşu İsgəndərov Əlizamin Həmid oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 4 il keçir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Milabad qəsəbəsində şəhidin xatirəsinə keçirilən məclisdə iştirak edib, yaxınlarına baş sağlığı veriblər.
 
RİH başçısı Əziz Əzizov Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Əlizamin İsgəndərov və onun kimi igid, qəhrəman şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Şəhidin ailə üzvləri ziyarətçilərə öz minnətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
 
Xatırladaq ki, Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov Vətən Müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin İsgəndərov noyabrın 5-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.
 
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əlizamin İsgəndərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Keçidlər