Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhərrəmov Niyaməddin Əmiraslan oğlunun ildönümü qeyd edildi.

16 noyabr 2024 | 16:33
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri,hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Eyvazalılar kəndində Vətən müharibəsi şəhidi Məhərrəmov Niyaməddin Əmiraslan oğlunun ata ocağında keçirilən ildönümü məclisində iştirak edib.
 
RİH başçısı vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.
 
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib.
 
Azərbaycan Ordusunun əsgəri olan Niyaməddin Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Niyaməddin Məhərrəmov 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Beyləqan rayonunda dəfn olunmuşdur.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" ,"Qubadlının azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
 
Ruhu şad olsun!!
Keçidlər