Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmmədov Elvin Dayandur oğlunun doğum günü qeyd olunub.

06 sentyabr 2024 | 10:33
Torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan daha bir qəhrəmanımız Şəhid Məmmədov Elvin Dayandur oğlunun doğum günü Milabad qəsəbəsində məzarı başında qeyd olunub.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, RİH başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri ilə birgə şəhidin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan şəhidimizə Allahdan rəhmət diləmiş və təsəllimizin şəhidlərimizin qisasının alınması, parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulamışdır.
 
Qeyd edək ki, Elvin Məmmədov 1988-ci il sentyabrın 5-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı.
 
Azərbaycan Ordusunun çavuşu olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
 
Allah rəhmət eləsin!
Keçidlər